Avropa İttifaqı yeni ölkələri sırasına qatacaq - Hazırlıqlar başlayıb

15:30 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. Avropa Komissiyası yeni ölkələri Avropa İttifaqına qəbul etmək üçün hazırlıqlara başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bunu qurumun rəhbəri Ursula fon der Leyen bildirib.

O qeyd edib ki, Avropa İttifaqının genişlənməsindən sonra Avropanın təsisatlarının, büdcəsinin və təhlükəsizlik zəmanətlərinin necə işləyəcəyinə qərar vermək üçün AK artıq lazımi islahatları hazırlamağa başlayıb.

Ukrayna, Moldova və Bosniya və Herseqovina 2022-ci ildə Avropa İttifaqına üzv olmaq üçün namizəd olublar. Gürcüstan keçən il namizəd statusu ala bilməyib. Ölkənin Baş naziri İrakli Qaribaşvili bildirib ki, 2023-cü ilin sonuna qədər ölkəyə status verilməsə, bu, strateji səhv olacaq.

Qeyd edək ki, namizəd statusu Türkiyə (1999-cu ildən danışıqlar dondurulub), Monteneqro (2010-cu ildən), Serbiya (2012-ci ildən), Albaniya (2014-cü ildən) və Şimali Makedoniyaya  (2005-ci ildən) da verilib.