Nissan 2030-cu ilə qədər Avropada yalnız elektrik avtomobilləri satacaq

16:02 - 27.09.2023


27 sentyabr, Fineko/abc.az. "Nissan Motor Co." şirkəti 2030-cu ilə qədər Avropada satılan bütün yeni model avtomobillərini tam elektriklə təmin etməyi planlaşdırır.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, artıq sözügedən məsələ ilə bağlı müqavilə də imzalanıb. 

Şirkətin CEO-su Uchida Makoto məsələ ilə bağlı açıqlamasında elektrikli avtomobillərə (EV) tələbin artdığına diqqət çəkib. O qeyd edib ki, elektrikli avtomobillər mobillik üçün ən yaxşı həlldir. "Bir milyondan çox müştəri bizim səyahətimizə qoşulub və Nissan elektrik avtomobilinin sevincini yaşayıb", - deyə baş direktor Uchida bildirib.

Qeyd edək ki, Yokohamada yerləşən "Nissan", 2030-cu ilə qədər Avropa qitəsində satışa çıxarılan bütün yeni model avtomobilləri tam elektriklə təchiz edəcəyini açıqlayıb. 

Müəllif: Elmir Murad