16:36 - 27.09.2023
27 sentyabr, Fineko/abc.az. Cari ilin sentyabrın 1-nə Azərbaycan banklarının xalis xarici aktivləri 3 037,5 milyon manat təşkil edib.
ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, ötən il sentyabrın 1-i ilə müqayisədə 3 805,5 milyon manat və ya 55,6% (2,2 dəfə) azdır. Belə ki, ötən ilin eyni dövründə bu göstərici 6 843 milyon manat olub.
Aylıq müqayisədə isə 559,6 milyon manat, 15,6%-lik azalma qeydə alınıb.
Avqust ayının 1-nə olan xalis xarici aktivlər 3 597,1 milyon manat təşkil edib.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024