16:55 - 27.09.2023
27 sentyabr, Fineko/abc.az. Azərbaycanda biznes kreditləri əsasən mikro və kiçik sahibkarlığın hesabına artır.
ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankın "Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə" statistikasında qeyd edilib.
2023-cü ilin iyul ayının sonu ilə müqayisədə avqust ayında mikro sahibkarlığa verilən kreditlər 89 milyon manat artaraq 2 milyard 296,5 milyon manata, kiçik sahibkarlığa verilən kreditlər isə 58,2 milyon manat artaraq 1 milyard 721 milyon manata çatıb.
Həmçinin avqustda iri sahibkarlığa verilən kreditlər 3,4 milyon manat artaraq 5 milyard 311,4 milyon manata, orta sahibkarlığa verilən kreditlər isə 48,5 milyon manat artaraq 2 milyard 492,8 min manata yüksəlib.
Avqustda cəmi biznes kreditlərindəki 199,1 milyon manatlıq artımın 74%-i və ya 147,2 milyon manatı mikro və orta sahibkarlığa verilən kreditlərin hesabına olub.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024