“Çovdar” keramika xammalı yatağı istifadəyə verilib

16:44 - 28.09.2023


28 sentyabr, Fineko/abc.az. Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə keçirilən növbəti hərracda Daşkəsən rayonunda yerləşən “Çovdar” (7 ha), Ağstafada “Yuxarı Salahlı” (22 ha), Tovuzda “Aşağı Zəyəmçay” (2 ha), Şəmkirdə “Aşağı Zəyəmçay” (4 ha), Şabranda “Gilgilçayın cənub-qərb cinahı” (18 ha), Siyəzəndə “Gilgilçayın cənub-qərb cinahı” (10 ha) və “Gilgilçay III” (2 ha), Qaxda “Kürmükçay” (18 ha), Qaradağda “Şahqaya” (3,7 ha) və “Şonqar” (7 ha), Tərtərdə “Söylən” (0,8 ha), İsmayıllıda “Bilistan II” (3,1 ha), Qəbələdə “Türyançay III” (4 ha) yataqları istifadəyə verilib.

ABC.AZ xəbər verir ki, “Türyançay III” qum-çınqıl yatağı üzrə təklif 8.000 manatdan 15.000 manata yüksəlib.

Bununla yanaşı, start qiyməti 118.382 manat  olan “Çovdar” keramika xammalı yatağı 121.090 manata istifadəyə verilib.