Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı arıb

10:16 - 29.09.2023


29 sentyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust ayları ərzində 337 min 787 daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı aparılıb.

Əmlak Məsələləri Dövlət Xidmətindən ABC.AZ-a bildirilib ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çoxdur.

2023-cü ilin 8 ayı üzrə göstəricinin 53 min 117-si (15,7 faiz) ilkin, 284 min 670-si (84,3 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bütün xəbərlər