Azərbaycanda müştərilərin bank hesablarının sayı artıb

10:47 - 29.09.2023


29 sentyabr, Fineko/abc.az. Azərbaycanda müştərilərin bank hesablarının sayında artım qeydə alınıb.

ABC.AZ Mərkəzi Bankın hesabatına istiandən xəbər verir ki, 2023-cü ilin sentyabrın 1-nə müştərilərin bank hesablarının sayı 14 215 258 nəfər olub.

Bu da illik müqayisədə 898 369 nəfər (6.7%), aylıq müqayisədə  151 493 nəfər, yaxud 1,1% artım deməkdir.

Belə ki, 2022-ci ilin  sentyabrın 1-nə müştərilərin bank hesablarının sayı 13 316 889 nəfər, cari ilin avqustun 1-nə  14 063 765  nəfər olub.