12:31 - 29.09.2023
29 sentyabr, Fineko/abc.az. Azərbaycanda bağlanmış bankların effektiv ləğv edilməsi, onlara məxsus əsas vəsaitlərin səmərəli, bankların və kreditorların maraqlarına uyğun realizə olunması məqsədilə həmin vəsaitlər 3 yolla – açıq hərrac, birbaşa və Əmanətlərin Sığortalanması Fondunun elektron auksion portalı vasitəsilə satılır.
ABC.AZ xəbər verir ki, bu barədə Fonddan bildirilib.
Məlumata görə, Fondun Himayəçilik Şurasının 4 may 2017-ci il tarixli 82 saylı Protokol qərarı ilə təsdiq edilmiş “Ləğv prosesində olan bankların əsas vəsaitlərinin Satışı üzrə komissiyanın fəaliyyət Qaydaları”na əsasən əmlakın hansı formada satılması onun dəyəri əsasında müəyyən edilir. Belə ki, dəyəri 1 000 manatdan az olan əsas vəsaitlər vətəndaşların rəsmi müraciəti əsasında birbaşa və Fondun elektron auksion portalında, dəyəri 1 000 manatdan çox olan əsas vəsaitlər isə açıq hərracda satışa çıxarılır.
“Hərracın təşkil edilməsi üçün Mülki Məcəllənin 414.2-ci maddəsinin müddəalarına müvafiq olaraq Fondla müqavilə əsasında hərəkət edən və hərracın keçirilməsi zamanı öz adından çıxış edən ixtisaslaşdırılmış hərrac təşkilatlarına hərrac sifarişi ünvanlanır. Fondun elektron auksion portalında dəyəri 1 000 manata qədər olan ancaq daşınar əmlakların satışının həyata keçirilməsi nəzərdə tutulduğu halda hərrac təşkilatlarında dəyəri 1 000 manatdan çox olan daşınar və daşınmaz əmlaklar satışa çıxarılır. Təyinatları fərqli olduğundan ixtisaslaşdırılmış hərrac təşkilatlarının həyata keçirdiyi açıq auksion ilə Fondun elektron auksion platformasının üstünlük müqayisəsini aparmaq doğru olmaz”, – deyə açıqlamada qeyd olunub.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024