Son 8 ayda ən çox ixrac həyata keçirən dövlət şirkətləri - SİYAHI

16:00 - 29.09.2023


29 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, 2023-cü ilin yanvar-avqust aylarında həyata keçirilmiş ixracla bağlı həm qeyri-dövlət, həm də dövlətə məxsus ixracatçı subyektlərin reytinqi tərtib edilib.

ABC.AZ “İxrac icmalı”nın sentyabr sayına istinadən xəbər verir ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına “Azərenerji” ATSC  başçılıq edir. Daha sonra bu siyahıda ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi, “Socar Polymer” MMC, “Azəralüminium” MMC, “AzerGold” QSC, “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC, “Azərbaycan Hava Yolları” QSC, “Azərbaycan Dəmir Yolları” QSC, “Azəripək” MMC, Naxçıvan MR Dövlət Energetika Xidməti təmsil olunur.

Müəllif: Elmir Murad.