İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib - İlham Əliyev

16:10 - 29.09.2023


29 sentyabr, Fineko/abc.az. İndiyədək 8 şəhər və 92 kəndin Baş planı artıq təsdiq edilib və 30 kəndin təməli qoyulub.

ABC.AZ xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Qarşıdan gələn illərdə xüsusilə Şuşa və digər şəhərlərdə çox böyük, iri həcmli yaşayış layihələrinin həyata keçiriləcəyini xatırladan dövlət başçısı deyib ki, bu, bizim Proqramın tərkib hissəsidir.