16:46 - 29.09.2023
29 sentyabr, Fineko/abc.az. Azərbaycanda vergi ödəyicilərinin banklarda və bank fəaliyyətini həyata keçirən digər təşkilatlarda hesabların açılması proseduru ilə bağlı ötən ilin sonunda Vergi Məcəlləsinin 35-ci maddəsində edilmiş dəyişiklik bu il oktyabrın 1-dən qüvvəyə minəcək.
ABC.AZ Dövlət Vergi Ximətinə istinadən xəbər verir ki, hazırda qüvvədə olan qanunvericiliyə əsasən, vergi ödəyiciləri banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün ilkin olaraq vergi orqanına ərizə təqdim edir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadığı halda, 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat (qüvvədə olma müddəti 10 gün) verir. Borc olduqda, bank hesabının açılmasından imtina edilir.
Qanunvericilikdə edilmiş dəyişikliklərə əsasən, vergi ödəyicisinin hesab açmaq üçün vergi orqanından şəhadətnamə-dublikat alması tələbi ləğv ediləcək və hesablar vergi ödəyicisinin birbaşa bank əməliyyatları aparan şəxslərə müraciəti əsasında açılacaq.
Yeni dəyişikliklərə əsasən, büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olan vergi ödəyiciləri də bank əməliyyatları aparan şəxslərdə hesab açmaq imkanına malik olacaqlar. Beləliklə, borclu vergi ödəyicilərinə hesab açmaq üçün qanunla qoyulan məhdudiyyət aradan qaldırılacaq.
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024
16 Sentyabr 2024