Milli Depozit Mərkəzinin İdarə Heyətinin yeni tərkibi təsdiqlənib

09:47 - 30.09.2023


30 sentyabr, Fineko/abc.az. Azərbaycan Respublikasının Milli Depozit Mərkəzinin (MDM) Müşahidə Şurasının 28 sentyabr 2023-cü il tarixli qərarı ilə MDM-in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib.

ABC.AZ MDM-nin məlumatına istinadla xəbər verir ki,  Qərara əsasən, MDM-in İdarə Heyəti sədrinin müavini Rəna Aydın qızı İsgəndərova, İdarə Heyətinin üzvü isə Ramin Qələnfər oğlu Nurəhmədov təyin edilmişdir.

Qeyd edək ki, Rəna İsgəndərova, əmək fəaliyyətinə 2015-ci ildə beynəlxalq məsləhət şirkəti olan " Deloitte & Touche "-da audit mütəxəssisi olaraq başlamış, 2017-ci ildən etibarən isə kariyerasına beynəlxalq məsləhət şirkəti olan “Ernst & Young”-da baş mütəxəssis və  sonrasında audit üzrə menecer vəzifələrində davam etmişdir.

Ramin Nurəhmədov  əmək fəaliyyətinə 2002-ci ildə “HRG-Azerbaijan” turizm şirkətində,  2005-2016-cı illər ərzində Azərbayan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə, o cümlədən sektor müdiri vəzifəsində çalışmışdır. 1-ci dərəcə dövlət qulluqçusudur. 2016–2021-ci illər ərzində “Azərpoçt” MMC-də 1 saylı poçt filialının rəis müavini, rəisi,   2023-cü ilin iyul ayından etibarən isə Milli Depozit Mərkəzində fəaliyyətə başlamış və İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışmışdır.