“Microsoft” Rusiyada lisenziyaların uzadılmasını dayandırıb

10:20 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. Sentyabrın 30-da “Microsoft” Rusiyadakı məhsul və xidmətləri üçün korporativ lisenziyaların yenilənməsini dayandırıb.

ABC.AZ-ın məlumatına görə, analitiklər bunu Rusiya üçün heç də yaxşı hal hesab etmir. Belə ki, onlar düşünür ki, bu qərar Rusiyadakı texnologiya sənayesinə və biznesinə təsir edəcək.

2023-cü ilin avqustunda “Microsoft” Rusiya şirkətlərini gələcəkdə lisenziyanın uzadılmasının dayandırılması barədə məlumatlandırmağa başlayıb və cari lisenziyaların müddəti bitənə qədər etibarlı olacağına aydınlıq gətirib.

2023-cü ilin aprelində “Microsoft” sanksiyalardan təsirlənməyən beynəlxalq və özəl şirkətlərin Rusiya filialları üçün lisenziyaları yeniləmək imkanını təklif edib. Ekspertlər hesab edirlər ki, bu yolla şirkət Rusiya bazarında mövcudluğunu qoruyub saxlamağa və “Microsoft” proqram təminatından qeyri-qanuni istifadə səviyyəsini azaltmağa çalışıb.