11:24 - 2.10.2023
2 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə Azərbaycandan $161 milyon məbləğində ixrac həyata keçirilib.
ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
2022-ci ilin yanvar-avqust aylarında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixracın dəyəri $189,9 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin müvafiq dövründə bu göstərici 15,2% azalıb.
Yanvar ayında bu göstərici $9,8 milyon, fevralda $13,6 milyon, martda $17,5 milyon, apreldə $24,6 milyon, mayda $9,7 milyon, iyunda $16,9 milyon, iyulda $22,6 milyon, avqustda $14,7 milyon, sentyabrda $31,6 milyon (2023-cü ildə ən yüksək aylıq göstəricidir - İF) təşkil edib.
8 Noyabr 2024
7 Noyabr 2024
7 Noyabr 2024