Pul bazamız 18 milyard manatdan aşağı düşüb - Mərkəzi Bank

15:52 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. Bu il oktyabrın 1-nə Azərbaycanda pul bazası 17 milyard 896,2 milyon manat təşkil edib.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, bu, sentyabrn 1-i ilə müqayisədə 1,2% azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 2,5%, son 1 ildə isə 10,8% artıb.