“Huawei” daha bir Avropa ölkəsində qadağan edilə bilər

16:05 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. ABŞ və Çin arasındakı soyuq müharibə texnologiya bazarına da təsirsiz ötüşmür. Belə ki, iki ölkə arasındakı texnoloji müharibə artıq Avropaya da sirayət edib.

ABŞıın Avropadakı müttəfiqlərindən olabn Almaniya 5G şəbəkələrində Çin istehsalçılarına qadağa qoymağı planlaşdırır.

Xatırladaq ki, Avropa Komissiyası bundan əvvəl ölkələrin “Huawei” kimi yüksək riskli 5G şirkətlərinin əsas telekommunikasiya şəbəkəsindən çıxarılmasını müzakirə etmişdi.

Bunun ardınca İngiltərə, İsveç, Latviya və Litva da daxil olmaqla, bölgənin bir çox başqa ölkələri Çin nəhənginin 5G şəbəkələrinin qadağan ediləcəyini açıqladı.

Almaniya isə “Huawei”yə qadağa qoyulması təzyiqinə mənfi cavab versə də, indi bu qərar geri götürülə bilər.