“Avrozona”da işsizlik səviyyəsi avqustda 6,4%-ə düşüb

16:35 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. “Avrozona”da işsizlik səviyyəsi avqustda 6,4%-ə düşüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu, Avropa Statistika İdarəsinin (Eurostat) yeni dərc etdiyi “Avrozona”da avqust ayı üzrə işsizlik göstəricilərində qeyd edilib. Məlumatlara görə, Aİ-də iyulda 6% olan mövsümi təsirlərdən təmizlənmiş işsizlik nisbəti avqustda 5,9% olub.

Ötən ilin avqust ayında işsizlik səviyyəsi “Avrozona”da 6,7%, Aİ-də isə 6,1% olaraq müəyyən edilib.