Azərbaycan banklarının ödədiyi mənfəət vergisi 38% artıb

16:49 - 2.10.2023


2 oktyabr, Fineko/abc.az. 2023-cü ilin 8 ayında banklar tərəfindən 187,4 milyon manat məbləğində mənfəət vergisi ödənilib.

ABC.AZ xəbər verir ki, sözügedən rəqəmlər Mərkəzi Bankın hesabatında öz əksini tapıb.

Həmin göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 38% və ya 51,7 milyon manat daha çoxdur.

Qeyd edək ki, 2022-ci ilin 8 ayında banklar tərəfindən 135,8 milyon manat məbləğində mənfəət vergisi ödənilib.