“Petkim” Türkiyədəki STAR-ın 12%-lik payının alınmasını yekunlaşdırıb

14:36 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı olan “Petkim” neft-kimya kompleksi STAR neft emalı zavodunun 12%-lik payının alınmasını yekunlaşdırıb.

ABC.AZ xəbər verir ki, bu barədə Türkiyənin Kamu Aydınlatma Platforması məlumat yayıb. Qeyd olunub ki, bununla da “Petkim” 12% payla STAR neft emalı zavodunun dolayı səhmdarı olub.

Qeyd edilir ki, bu sövdələşmə bu ilin 4-cü rübündən başlayaraq “Petkim”in birləşdirilmiş maliyyə hesabatlarına təsir göstərəcək.

Bütün xəbərlər