“S&P Global Ratings" Sahibkarlığın İnkişafı Fonduna yüksək reytinq verib

15:20 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. "S&P Global Ratings" reytinq agentliyi Sahibkarlığın İnkişafı Fonduna (SİF) növbəti dəfə yüksək reytinq verib.

ABC.AZ Fonda istinadla xəbər verir ki, qlobal agentlik SİF-in uzun və qısamüddətli kredit reytinqini "BB-/B" səviyyəsində təsdiqləyib və yaxın gələcəkdə SİF-in reytinqinin "stabil" olaraq qalacağını proqnozlaşdırır.

Fondun yüksək reytinq almasına təsir göstərən başlıca faktorlar isə güclü kapital mövqeyi və gəlirlilik səviyyəsi olub.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu fəaliyyət dövrü ərzində SİF-in güzəştli kredit mexanizmindən 41 mindən çox layihə çərçivəsində 31 mindən çox sahibkarlıq subyekti yararlanıb və bu sahibkarlıq subyektlərinə 2,9 milyard manat həcmində kredit verilib.