Səkkiz ayda 91,2 mln. manat tibbi sığorta sığorta haqqı toplanılıb

15:48 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında Azərbaycanda tibbi sığorta üzrə 91,2 milyon manat sığorta haqqı toplanılıb. 

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 7,6% çoxdur.

Son 1 ildə bu sığorta növü üzrə sığorta ödənişi isə 2,8% azalaraq 48,6 milyon manat olub.