15:50 - 3.10.2023
3 oktyabr, Fineko/abc.az. Prezident İlham Əliyev İmişli rayonunun Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, doqquz min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Ağsu–Kürdəmir–Bəhrəmtəpə (71 km)–Məmmədli–Ağamalılar–Əlyetməzli–Allahmədətli–Telişli avtomobil yolunun tikintisi məqsədilə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.6-cı yarımbəndinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 15,8 milyon (on beş milyon səkkiz yüz min) manat ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
28 Noyabr 2023
26 Noyabr 2023
28 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023
27 Noyabr 2023