Azad olunmuş ərazilərdə vergi orqanları fəaliyyətə başlayır - Xidmət rəisindən açıqlama

16:36 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində tətbiq edilən vergi güzəştləri bu ərazilərdə sahibkarlıq fəaliyyətinin aktivləşməsinə, iqtisadi inkişafa təkan verəcək.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli İstanbulda keçirilmiş tədbirdə bildirib.

O qeyd edib ki, vergi güzəşti işğaldan azad edilmiş bütün ərazilərə aiddir:

“Bizim həmin regionlara aid vergi şöbələri hər zaman mövcud olub. Biz sadəcə onların struktur formatını yenidən nəzərdən keçirəcəyik. Regionlaşma siyasətini davam etdirərək daha geniş səlahiyyətlərə malik vergi idarələrinin fəaliyyətini bərpa etdirəcəyik” - deyə O. Nəzərli vurğulayıb.