Bakıda ən çox tələbat bu ərazilərdəki mənzillərədir - SİYAHI

16:51 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Hazırda əmlak bazarında qiymətlər bahalaşmaqda davam edir.

ABC.AZ xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib.

Əvvəlki dövrlərlə müqayisədə bazarda alıcı qıtlığının yaşandığını vurğulayan ekspert hesab edir ki, iİnsanlar bir müddət əvvəl evləri əsasən ipoteka ilə alırdılar. "Qiymətlər indi elə həddə bahalaşıb ki, ipoteka ilə də mənzil almaq artıq əlverişli deyil. Belə ki, 4% güzəştli ipoteka ilə maksimum 100 min manat, güzəştsiz ipotekalar isə 150 min manata qədər dəyişir. Həmişə sentyabr ayının 15-dən əmlak bazarında canlanma baş verirdi. Lakin bu il belə olmadı. Əsasən mənzilə tələbat Yasamal, Nərimanov və Nəsimi rayonlarındadır. Hazırda şəhərin mərkəzi hissələrində qiymətlər çox bahalaşdığından əsas tələbat qiymətləri ucuz olan Abşeron və Xırdalan ərazisindəki mənzillərədir. Həmin ərazilərə tələbatın artması da getdikcə ordakı mənzillərin qiymətlərinin bahalaşmasına səbəb olur. Paytaxtda ortalama qiymət olaraq təmirsiz mənzillərin qiyməti bir kvadrata görə 1500-4000 manat arası dəyişir. Təmirli mənzillərdə isə 2000-4000 manat arası dəyişir" - deyə, o bildirib.

Bütün xəbərlər