Aİ ölkələrindən Azərbaycana minik avtomobillərinin ixracı azalıb, ya artıb?

17:00 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-iyul aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 1,8 dəfə artaraq 151,364 milyon avroya çatıb.

ABC.AZ İnterfax-a istinadən xəbər verir ki, bu barədə  Aİ-nin Statistika İdarəsi (Avrostat) məlumat yayıb.

Yanvar-iyul aylarında əsas ixracatçıların üçlüyünə Almaniya (69,654 milyon avro, artım 1,6 dəfə), Slovakiya (39,917 milyon avro, artım 2,3 dəfə) və İtaliya (17,725 milyon avro, artım 2 dəfə) daxil olub.

Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə artaraq 176,069 milyon avroya çatıb.