“Forbes” jurnalı ABŞ-ın ən zənginlərinin siyahısını tərtib edib - Mask Amerikanın ən varlısıdı

17:24 - 3.10.2023


3 oktyabr, Fineko/abc.az. Amerikanın “Forbes” jurnalı ABŞ-ın ən zəngin 400 adamının reytinqini dərc edib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, sıralamaya yenə də “Tesla” və “SpaceX”in qurucusu İlon Mask başçılıq edir. 

Ümumi sərvəti 251 milyard dollar dəyərində qiymətləndirilən Maskı “Amazon”un qurucusu Ceff Bezos izləyir. Bezosun sərvəti 161 milyard dollardır. Üçüncü yerdə 158 milyard dollarla proqram təminatı tərtibatçısı “Oracle” şirkətinin həmtəsisçisi və direktorlar şurasının sədri Larri Ellison qərarlaşıb.

“Forbes”in hesablamalarına görə, reytinqdə ilk iyirmiliyin ümumi sərvəti təxminən 1.9 trilyon dollar təşkil edib ki, bu da əvvəlkindən daha çoxdur. İl ərzində ilk 20 iştirakçı ümumilikdə 310 milyard dollar zənginləşib. Ümumilikdə reytinqdə yer alan 400 iştirakçı kapitalını 500 milyard dollar artırıb.

Müəllif: Elmir Murad