İşçi qüvvəsinə ən çox ehtiyacı ölkələrin siyahısı açıqlanıb

15:56 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Avropada vakansiya ötən il rekord həddə çatıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Avropanın əksər ölkələrində açıq vakansiyalar olsa da, Almaniyada bu rəqəm rekord həddə çatıb. Belə ki, 2023-cü ilin ikinci rübündə Almaniyada 934 min iş yeri açılıb.

Aİ Statistika İdarəsinin məlumatlarına görə, İttifaq ölkələrində işçi qüvvəsi çatışmazlığı səviyyəsi illik 2,9 faiz təşkil edib. 

2023-cü ilin ikinci rübünə görə, işçi qüvvəsi çatışmazlığı nisbətinin ən çox olduğu ölkələr yüzdə 4,7 ilə Hollandiyadır. Sonrakı yerləri 4,6 faizlə Belçika, 4,4 faizlə Avstriya tutur.

Ən aşağı göstərici isə 0,8 faizlə Bolqarıstan və Rumıniyadadır. Polşa və İspaniyada bu nisbət 0,9 faizdir.