Azərbaycan Rəşt-Astara dəmir yolu sahəsinin tikintisinin başa çatdırılması üçün İrana kredit ayıracaq

14:59 - 30.10.2017


Azərbaycan, Rusiya və İran prezidentləri Tehranda keçiriləcək üçtərəfli sammitdə Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı məsələlərini müzakirə edəcəklər.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, görüş 1 noyabr tarixində keçiriləcək.

“Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşü Tehranda baş tutacaq və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafına həsr ediləcək”, - E. Məmmədyarov belə deyib.

Onun sözlərinə görə, görüşdə həmçinin, Şimal-Cənub layihəsi çərçivəsində Rəşt-Astara dəmir yolunun qalan hissəsinin tikintisinin yekunlaşdırılması üçün,  Azərbaycan tərəfindən İran tərəfində  kreditin verilməsi məsələləri müzakirə ediləcək.

 

Bütün xəbərlər