Naxçıvanda sosial sığorta daxilolmaları artıb, ya azalıb?

15:49 - 11.10.2023


11 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 106,7 milyon manat təşkil edib.

Dövlət Vergi Xidmətindən ABC.AZ-a daxil olan məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,8 % çoxdur.

9 aylıq daxilolmalarının 31,5 milyon manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 16,2 % çoxdur.

Hesabat dövründə muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar 16,2 % artaraq 2,8 milyon manat, icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə 4 % artaraq 17,8 milyon manat olub.