İİTKM-də yeni vəzifələrə təyinatlar olub

15:52 - 13.10.2023


13 oktyabr, Fineko/abc.az. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının əmri ilə qurumda bir neçə vəzifəyə təyinat olub.

ABC.AZ quruma istinadla xəbər verir ki, Ayaz Müseyibov icraçı direktorun müşaviri təyin edilib.

İİTKM-də digər təyinat Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsində çalışan Təranə Salıfova həmin şöbənin müdiri vəzifəsinə təyin olunub.

Mərkəzin Monitorinq və qiymətləndirmə şöbəsinin Sosial-iqtisadi proqramların monitorinqi sektorunun müdiri vəzifəsinə isə baş məsləhətçi Şəbnəm Məmmədli təyin olunub.

Həmçinin, İİTKM-in tabeliyindəki Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri vəzifələrini müvəqqəti icra edən Ayhan Satıcı həmin vəzifəyə təsdiqlənib.