Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin istismara verilməsi mərasimi başlandı - YENİLƏNDİ

15:55 - 30.10.2017


Bakı şəhərində, Bakı-Tbilisi-Qars dəmiryol xəttinin istismara verilməsinə həsr olunmuş təntənəli mərasim başlandı.

Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd edib ki, Bakı-Tbilisi-Qars layihəsi tarixi və strateji layihədir və Asiya ilə Avropanı birləşdirən ən qısa yoldur.

Prezident İ.Əliyev deyib: “İlk mərhələdə bu xətt ilə 5 milyon ton, irəlidəki mərhələlərdə isə 17 milyon ton yük daşınacaq.  Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Avrasiya nəqliyyat xəritəsinin, sabitliyin və təhlükəsizliyin, qarşılıqlı investisiyaların artmasına və turizmin inkişafına xidmət edəcək əhəmiyyətli bir hissəsinə çevrilir”.

Onun sözlərinə görə,  Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin tikintisi, Azərbaycan, Türkiyə və Gürcüstan arasında dostluq və qardaşlıq münasibətlərinin nəticəsidir.

“Bu ölkələr regional və dünya əhəmiyyətli layihələr gerçəkləşdirir. Hal-hazırda həmçinin, “Cənub Qaz Dəhlizi” layihəsi uğurla həyata keçirilir, TAP layihəsinin təxminən 60%-i yerinə yetirilib. Əgər biz əvvəl neftqaz layihələrini gerçəkləşdirməsəydik, o zaman, Bakı-Tbilisi-Qars layihəsi haqqında danışa bilməzdik”,- dövlət başısı belə deyib.

 

Bütün xəbərlər