17:12 - 17.10.2023
17 oktyabr, Fineko/abc.az. 17 oktyabr 2023-cü il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZ0201040265 ISIN-li, 90 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən ABC.AZ-a verilən məlumata görə, hərrac zamanı 25 investor tərəfindən qiymət intervalı 89.6046 (12%) manat və 97.2615 (7.4999%) manat olan 48 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 95.6645 (8.4%) manat, orta ölçülmüş qiyməti isə 95.9785 (8.2215%) manat müəyyən edilmişdir. Qeyd edək ki, sonuncu dəfə 19 sentyabrda hərrac keçirilmişdi və həmin hərracda orta gəlirlilik 8.04% idi.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 211,434,300 manat, yerləşdirilmiş həcmi isə 135,000,000 manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 14.10.2025-ci ildir. Hərrac iştirakçıları 18 oktyabr 2023-cü il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024
7 Oktyabr 2024