“Bakı Metropoliteni”  3 vəzifə üzrə vakansiya elan edir

10:52 - 18.10.2023


18 oktyabr, Fineko/abc.az. “Bakı Metropoliteni” QSC elektronçu, elektrik qaz qaynaqçısı və tornaçı peşə və vəzifələrinə vakansiyalar üzrə işə qəbul prosesini davam etdirir.

ABC.AZ quruma istinadla xəbər verir ki, elektronçu vəzifəsinə/peşəsinə işə qəbul olunmaq üçün ali təhsillilər müvafiq sahə üzrə kurs keçməsi barədə sənədi təqdim etməli, orta-texniki təhsillilər isə sahə üzrə ən azı 3 il iş stajına malik olmalıdırlar.

Elektrik qaz qaynaqçısı və tornaçının iş təcrübələri, həmçinin müvafiq sahə üzrə vəsiqə və ya sertifikatları olmalıdır. 
Elektron ərizələr “metro.gov.az” saytının “Karyera” bölməsi vasitəsilə (https://metro.gov.az/az/page/karyera/elektron-erize) doldurulmalıdır.