14:19 - 18.10.2023
18 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında Aqrar Sığorta Fondu fermer və təsərrüfatlara ümumilikdə 1 408,3 min manat ödəniş edib. Bunun 783,8 min manatı bitkiçilik, 624,5 min manatı isə heyvandarlıq üzrə həyata keçirilib.
ABC.AZ Fondun maliyyə hesabatlarına istinadla xəbər verir ki, 9 ay ərzində 24 bölgədə bitkiçilik sahəsi - taxıl və pambıq sahələri, meyvə bağları və sair əkinlər üzrə yüzlərlə sığorta hadisəsi qeydə alınıb.
Ən çox ödənişlər pambıq, arpa və buğda sahələri üzrə həyata keçirilib. Fındıq bağları və qarğıdalı sahələri üzrə də hadisələr qeydə alınıb və dəymiş zərərlər qarşılanıb.
Hesabat dövründə ən çox sığorta ödənişi edilən bölgələr Ağdam, Şəki, Ağcabədi, Yevlax, İsmayıllı, Şamaxı, Zaqatala, Goranboy, Bərdə və başqaları olub.
Bundan başqa, hesabat dövründə heyvandarlıq təsərrüfatları üzrə 131 hadisə qeydə alınıb, tələf olan və yaxud məcburi kəsimə verilən 138 baş heyvan üzrə sığorta ödənişi verilib.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024