“Meqa Sığorta”  22 mln. manat sığorta haqqı toplayıb

16:02 - 19.10.2023


 19 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-avqust aylarında “Meqa Sığorta” ASC 22 milyon manat sığorta haqqı toplayıb.

ABC.AZ  “Renkinq”ə istinadla xəbər verir ki,  bu, ötən ilin eyni dövrü ilə müqayisədə 48,9% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 33,6% artaraq 5,6 milyon manat olub.