İcbari Tibbi Sığorta Fondunun büdcəsi artırılır

14:28 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. İcbari Tibbi Sığorta Fondunun 2024-cü il üçün nəzərdə tutulan büdcəsinin 2 milyard 811,4 milyon manat olacağı gözlənilir.

ABC.AZ  xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin məlumatında bildirilir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 17.5% çoxdur.