“Xalq Həyat Sığorta”  6,4 mln. manat sığorta haqqı toplayıb

16:00 - 20.10.2023


20 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-avqust aylarında “Xalq Həyat Sığorta” ASC 6,4 milyon manat sığorta haqqı toplayıb.

ABC.AZ “Renkinq”ə istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27% çoxdur.
Son 1 ildə şirkətin sığorta ödənişi isə 4,8 dəfə artaraq 1 milyon manat olub.