Azərbaycanda 9 ayda sığorta haqları 1 milyard manata yaxınlaşdı

12:16 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr ayında Azərbaycanda sığorta yığımlarının həcmi 937 milyon 238 min manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 28% çoxdur.

ABC.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, sığorta şirkətlərinin etdiyi ödənişlərin həcmi isə 400 milyon 387 min manat olub ki, bu da 26% artım deməkdir.

Ötən ilin eyni dövründə sığorta yığımlarının həcmi 731 milyon 220 min manat, sığorta ödənişlərinin həcmi isə 318 milyon 615 min manat olub.