Çinin fond bazarı geriləyib - Detallar

16:29 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. Çinin fond bazarı iqtisadi artımın yavaşlaması, daşınmaz əmlak sektorunda likvidlik böhranı və geosiyasi gərginlik fonunda COVID-19 pandemiyasından əvvəl ən aşağı səviyyəyə düşüb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Forbes" yazıb.

Jurnalın yazdığı məqalədə qeyd edilib ki, Şanxay və Şenjen birjalarında ticarət edilən Çinin 300 ən böyük şirkətinin 1.3% azalıb və 3463 bəndə düşüb. Bu da 2019-cu ildən bəri ən aşağı səviyyədir. Ümumilikdə, 2023-cü ildə bu indeks dollar ifadəsində demək olar ki, 15% azalıb.

Ümumilikdə, Çin şirkətləri bu il 61.2 milyard yuan səhmi geri alıblar.