Ən çox balıq və dəniz məhsulları istehlak edən ölkələr - SİYAHI

17:32 - 23.10.2023


23 oktyabr, Fineko/abc.az. Ən çox balıq və dəniz məhsulları istehlak edən ölkələrin adları məlum olub.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, ölkələr arasında adambaşına düşən illik balıq və dəniz məhsulları istehlakına görə, ilk yerdə Maldiv adaları qərarlaşıb.

Belə ki, Maldiv adalarında adambaşına düşən illik balıq və dəniz məhsulları istehlakı 87,30 kiloqram təşkil edir.

Dəniz məhsullarının ən çox istehlak edildiyi ölkələri sizə təqdim edirik:

1. Maldiv adaları – 87,30 kq

2. İslandiya – 84,30 kq

3. Makao – 70,26 kq

4. Kiribati – 69,22 kq

5. Honq Konq – 65,79 kq

6. Portuqaliya – 59,36 kq

7. Antiqua və Barbuda – 57,12 kq

8. Cənubi Koreya – 54,66 kq

9. Malayziya – 53,33 kq

10. Seyşel adaları – 52,89 kq