“Telegram” istiqrazlarını təkrar bazarda almağı təklif etməyə başlayıb

10:19 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Rusiya brokeri müştərilərinə 2021-ci ildə buraxılmış “Telegram” istiqrazlarını təkrar bazarda almağı təklif etməyə başlayıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı təqdimat keçirilib. Təqdimatda bildirilir ki, istiqrazların alıcıları 2025-ci ilin ikinci və ya üçüncü rübündə planlaşdırılan nominal dəyərini səhmlərə çevirə biləcəklər.

Səhmlər yerləşdirilməsə, investorlara istiqrazların 2026-cı ildə qaytarılacağı söz verilir.

Qeyd edək ki, “Telegram” beşillik istiqrazları ilk dəfə 2021-ci ilin martında yerləşdirib. Nəticədə investorlardan maliyyə axını 1 milyard dollar təşkil edib. Həmin ilin aprelində “Telegram” 750 milyon dollarlıq istiqraz buraxıb.