“Xidmət sektoruna investisiya qoyuluşu 27% artıb” - Mikayıl Cabbarov

12:20 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda məhsul istehsalı və xidmət sahələrinə qoyulmuş investisiyaların məbləği ötən ilin eyni dövrünə nisbətən müvafiq olaraq 20,8% və 27,4% çox olub.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Xatırladaq ki, 9 ay ərzində ölkədə əsas kapitala 12 milyard 728,9 milyon manat və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çox vəsait yönəldilib. Son 1 ildə neft-qaz sektoruna investisiyalar 18,1%, qeyri-neft-qaz sektoruna investisiyalar isə 23,2% artıb.