14:14 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana dünyanın 184 ölkəsindən 1535.8 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 32.1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Dövlət Sərhəd Xidmətdən ABC.AZ-a daxil olan məlumata görə, gələnlərin 31.0 faizi Rusiya Federasiyası, 17.8 faizi Türkiyə, 7.5 faizi İran, 5.0 faizi Hindistan, 4.8 faizi Gürcüstan, 4.3 faizi Səudiyyə Ərəbistanı, 2.7 faizi Qazaxıstan, 2.5 faizi Pakistan, 2.0 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1.8 faizi Özbəkistan, 1.7 faizi İsrail, hər birindən 1.5 faiz olmaqla Küveyt və Ukrayna, 1.4 faizi Belarus, 1.2 faizi Türkmənistan, hər birindən 1.1 faiz olmaqla Çin və Böyük Britaniya, 11.1 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 69.7 faizini kişilər, 30.3 faizini qadınlar təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə Çindən gələnlərin sayı 8.2 dəfə, Cənubi Koreyadan – 3.4 dəfə, Türkmənistandan – 2.9 dəfə, Hindistandan – 2.1 dəfə, Polşadan – 2.0 dəfə, Qazaxıstandan – 1.9 dəfə, Tacikistandan – 1.9 dəfə, Misirdən – 1.8 dəfə, Filippindən – 1.8 dəfə, Qırğızıstandan – 1.8 dəfə, Bəhreyndən – 1.6 dəfə, Belarusdan – 1.6 dəfə, Moldovadan – 1.6 dəfə, Özbəkistandan – 1.6 dəfə, İspaniyadan – 1.6 dəfə, İtaliyadan – 1.6 dəfə, Rusiya Federasiyasından – 1.5 dəfə, ABŞ-dan – 41.4 faiz, Kanadadan – 41.1 faiz, İsraildən – 34.6 faiz, Gürcüstandan – 31.7 faiz, Niderlanddan – 30.2 faiz, Böyük Britaniyadan – 26.3 faiz, Küveytdən – 24.0 faiz, Fransadan – 23.2 faiz, Almaniyadan – 20.6 faiz, Türkiyədən – 20.0 faiz, Birləşmiş Ərəb Əmirliklərindən – 11.6 faiz, Ukraynadan – 8.6 faiz artıb.
Müəllif: Elmir Murad
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
15 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024