14:52 - 25.10.2023
25 oktyabr, Fineko/abc.az. 2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 27.6 faiz artaraq 2 610.9 min olmuşdur. Gecələmələrin ümumi sayının 56.1 faizi Bakıda, 6.1 faizi Xaçmazda, 5.2 faizi Qubada, 4.2 faizi Qəbələdə, 4.0 faizi Qusarda, 3.8 faizi Naftalanda, 3.7 faizi Şabranda, 3.3 faizi Lənkəranda, 1.6 faizi Naxçıvan Muxtar Respublikasında, 1.4 faizi Qaxda, 1.1 faizi Şamaxıda, 1.0 faizi İsmayıllıda, 1.0 faizi Gəncədə, 0.9 faizi Masallıda, 0.9 faizi Şəkidə, 0.5 faizi Mingəçevirdə, 0.5 faizi Şuşada və 4.7 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.
ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2022-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 35.3 faiz artaraq 1 395.2 min olmuşdur ki, bu da ümumi gecələmələrin 53.4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 16.0 faizi Rusiya Federasiyası, 10.6 faizi Səudiyyə Ərəbistanı, 8.5 faizi Hindistan, 7.3 faizi Türkiyə, 6.5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 4.5 faizi İsrail, 4.1 faizi Küveyt, 3.1 faizi Böyük Britaniya, 2.9 faizi ABŞ, 2.9 faizi Qazaxıstan, 2.2 faizi Özbəkistan, 1.9 faizi Pakistan, 1.8 faizi Çin, 1.8 faizi Gürcüstan, 1.5 faizi Almaniya, 1.1 faizi İtaliya, 1.0 faizi Qətər, 0.8 faizi Ukrayna, 0.8 faizi Belarus, 0.7 faizi Fransa, 0.6 faizi İran, 0.6 faizi Oman, 0.6 faizi Bəhreyn, 0.5 faizi Polşa, 0.5 faizi Niderland, 17.2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
4 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024
2 Oktyabr 2024