Azərbaycanda mehmanxanalar 9 ayda 369.8 milyon manat gəlir əldə ediblər

15:14 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Bildiyiniz kimi, yanvar-sentyabr aylarında Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 19.8 faiz artaraq 1 215.7 min olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da ümumi gecələmələrin 46.6 faizini təşkil edir.

2023-cü ilin yanvar-sentyabr aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 37.4 faiz artaraq 369.8 milyon manat olub. Onun da 60.6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27.3 faizi ictimai iaşə xidmətlərindən, 3.7 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8.4 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.