Azərbaycanda süni almaz istehsal ediləcək?

17:28 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. “AzerGold” QSC, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Hindistanın “Devngi Innovations LLP” şirkəti arasında qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.

ABC.AZ “AzerGold”a istinadən xəbər verir ki, anlaşma Memorandumunun imzalanmasında əsas məqsəd Azərbaycan-Hindistan tərəfdaşlığı əsasında ölkəmizdə sintetik (süni) almaz sənayesi, təbii almaz emalı infrastrukturunun qurulması imkanlarının öyrənilməsi, birgə şirkətin yaradılması və fəaliyyətinin təşkil edilməsidir.

Ekologiya və təbii sərvətlər naziri, Azərbaycan və Hindistan arasında Ticarət, İqtisadi, Elmi və Texnoloji Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Muxtar Babayev ölkəmizdə sintetik almaz sənayesinin, təbii almaz emalının təşkili istiqamətində qurulan əməkdaşlığın Azərbaycan və Hindistan arasında mövcud iqtisadi əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib.

Tədbirdə, həmçinin “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin İcraçı direktoru Ü.Mansurov, Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov, “Devngi İnnovations LLP” şirkətinin səlahiyyətli nümayəndəsi S.N.Vaviya çıxış edərək, ilkin mərhələdə sintetik almaz istehsalı üzrə Ələt Azad İqtisadi Zonasında yaradılması nəzərdə tutulan birgə müəssisənin fəaliyyəti ilə Azərbaycan üçün ənənəvi olmayan sektorun təməlinin qoyulacağına diqqət çəkiblər.