Qiymətli kağızlar bazarında 16 607 mln. manatlıq əməliyyat aparılıb

14:18 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Cari ilin doqquz ayında Azərbaycanın qiymətli kağızlar bazarında 16 607 milyon manatlıq əməliyyat aparılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 76% çoxdur.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, doqquz  aylıq göstəricinin 6 043,8 milyon manatlıq hissəsi ilkin bazarda (20% çox), 10 563,2 milyon manatlıq hissəsi isə təkrar bazarda (2,4 dəfə çox) formalaşıb.

Hesabat dövründə qiymətli kağızlar bazarında 9 662 əqd bağlanılıb. Bu, illik müqayisədə 46,5% çoxdur. Əqdlərin 1 853-ü ilkin bazarın (58,1% çox), 7 809-u isə təkrar bazarın (44% çox) payına düşüb.