Qiymətli kağızlar bazarında aparılmış əməliyyatların hesabatı açıqlanıb

14:41 - 26.10.2023


26 oktyabr, Fineko/abc.az. Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanın qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 6 179,8 milyon manatlıq hissəsi və yaxud 37,2%-i dövlət qiymətli kağızlarının, 1 733,7 milyon manatlıq hissəsi və yaxud 10,4%-i korporativ qiymətli kağızların, 8 693,5 milyon manatlıq hissəsi və yaxud 52,3%-i isə repo əməliyyatlarının payına düşüb.

ABC.AZ Mərkəzi Banka istinadla xəbər verir ki, bunlar, 1 il əvvələ nisbətən müvafiq olaraq 25,9%, 66,1% və 2,5 dəfə çoxdur.

Hesabat dövründə bazarda bağlanmış əqdlərin isə 2 223-ü və yaxud 23%-i dövlət qiymətli kağızlarının, 2 982-i və yaxud 30,9%-i korporativ qiymətli kağızların, 4 457-si və yaxud 46,1%-i isə repo əməliyyatlarının payına düşüb.

Bu isə illik müqayisədə müvafiq olaraq 63,9% çox, 10,3% az və 2,3 dəfə çoxdur.