Azərbaycanda “Turistik kənd” konsepsiyası hazırlanır - Müqavilə imzalanıb

15:59 - 30.10.2023


30 oktyabr, Fineko/abc.az. Azərbaycanda kəndlərdə turist zonaları yaradılır.

ABC.AZ xəbər verir ki, artıq bununla bağlı Dövlət Turizm Agentliyi “Triumph-M” MMC ilə müqavilə də bağlayıb.

Müqaviləyə görə, turizm potensialı olan kəndlərdə “Turistik kənd” konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması istiqamətində layihə smeta sənədlərinin hazırlanması üçün xidmətlərin satın alınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 194.700 AZN-dir.

Müəllif: Elmir Murad