Gələn həftə ölkədə 5 gün iş olmayacaq

10:37 - 1.11.2023


1 noyabr, Fineko/abc.az. Bildiyiniz kimi, Baş nazir Əli Əsədovun imzaladığı 20 oktyabr 2023-cü il tarixli qərara əsasən, Azərbaycanda iş və istirahət günlərinin yerləri dəyişdirilib.

ABC.AZ xəbər verir ki, 8 noyabr – Zəfər Günü, 9 noyabr isə Dövlət Bayrağı Günü ilə əlaqədar, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2023-cü il 10 noyabr iş günü ilə 4 noyabr istirahət gününün yerləri dəyişdirilib.

Beləliklə, noyabr ayında ardıcıl 5 gün – 8, 9, 10, 11 və 12 noyabr tarixləri qeyri-iş günü olacaq. Noyabrın 4-ü – şənbə günü isə rəsmi iş günüdür.